AZ

Paytaxt əhalisinə XƏBƏRDARLIQ - Yaxın iki gün ərzində...

Bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bununla bağlı Day.Az-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva açıqlama verib. Qurum rəsmisi qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

"Peyk görüntülərinə əsasən, tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir", - R.Allahverdiyeva əlavə edib.

Seçilən
79
3
Mənbələr
Şərh ()
Bağla