AZ

Simonyan həyatına qarşı sui-qəsdin hazırlandığını açıqlayıb

"RT" kanalının baş redaktoru Marqarita Simonyanın həyatına sui-qəsd hazırlanır.
 
Bu barədə Simonyan teleqramda yayımlanan rusiyalı jurnalist Nadana Fridrixsona müsahibəsində bildirib.
 
"Mən bunu təxmin etmirəm, dəqiq bilirəm. Təhlükəyə baxmayaraq, ictimai meydanı tərk etmək fikrində deyiləm. Bir yerdə gizlənə, ictimai işləri tərk edə, tayqaya gedə, daxmada yaşaya bilərsən. Amma bu mənim üçün deyil",-detə RT-nin baş redaktoru əlavə edib.
 
Buna qədər Ukrayna Təhlükəsizlik Xidməti Marqarita Simonyana qarşı ölkənin Cinayət Məcəlləsinin (CM) dörd maddəsi ilə ittiham irəli sürüb. O, “Soyqırım”, “Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd”, “Müharibə təbliğatı” və “Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün əsaslandırılması, qanuni tanınması, inkar edilməsi, onun iştirakçılarının şərəfləndirilməsi” maddələri üzrə ittham olunur.
Simonyan təklif edib ki, ittihamlar onu səyahət imkanından məhrum etmək üçün irəli sürülüb.
 
Qeyd edək ki, ötən ilin iyulunda FTX Marqarita Simonyan və jurnalist Kseniya Sobçakın həyatına sui-qəsdlərin qarşısını alıb. Kəşfiyyat xidmətlərinin məlumatına görə, hər iki əməliyyat UTX-nin göstərişi ilə “Paraqraf-88” ekstremist qruplaşmasının üzvləri tərəfindən hazırlanıb.
Seçilən
59
17
Mənbələr
Şərh ()
Bağla