AZ

Seçkinin nəticələri Ərdoğan hakimiyyəti üçün ciddi siqnaldır

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərinin ilkin nəticələri bəlli olub. Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sırada qərarlaşıb.AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir. Eyni zamanda hakimiyyətdə olan partiya böyük şəhərləri - İstanbul, Ankara, Antalya və İzmiri geri ala bilməyib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının seçkilərdə istənilən nəticəni əldə etmədiyini etiraf edib. Lakin Ərdoğan bunun “son deyil, dönüş nöqtəsi” olduğunu bildirib.Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Türkiyədə keçirilən bələdiyyə seçkisi demokratiyanın təntənisidir.Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana "avtoritar", "diktator" deyənlərin nə qədər haqsız, qərəzli olduqları da üzə çıxmış oldu:"Təəssüf ki, seçkilərin nəticələri, müxalifətin qalib olması da Türkiyəyə qarşı Qərbin qərəzli mövqeyini dəyişməyəcək. Çünki Qərbin məqsədi Türkiyədə demokratik mühitin olması, seçkilərin demokratik keçirilməsi deyil. Amma reallıq ortadadır. Bu seçkilərin nəticələri Ərdoğanın özünü "demokrat" adlandıran Qərb rəhbərlərindən daha demokrat olduğu göstəricisini ortaya qoydu”.Müsahibimiz qeyd edib ki, Türkiyədə iqtidar - hakim Ədalət və İnkişaf Partiyası ilk dəfədir, seçkilərdə məğlub oldu:“Lakin Ərdoğan çox təmkinli çıxış etdi və xalqın hökumətə verdiyi mesajları aldıqlarını vurğuladı. Hakimiyyət bu yöndə fəaliyyətini davam etdirəcək. Bələdiyyə seçkilərinin nəticələri odur ki, xalq üçün sosial durum, rifah çox önəmli məsələdir. Artıq Türkiyədə iqtisadi və sosial durumu düzəltmək lazımdır".Əhəd Məmmədli: Müxalifətin qalib olması da Türkiyəyə qarşı Qərbin qərəzli mövqeyini dəyişməyəcəkƏ.Məmmədlinin dediyinə görə, nəzərə almaq lazımdır ki, Türkiyədə iqtisadi problemlər yanlış siyasət nəticəsində yox, Qərbin "iqtisadi müharibəsi" nəticəsində baş verir:"Amma fakt faktlığında qalır, əhalinin sosial durumu çətinləşir. Ona görə də seçicilər müxalifətə səs verməyi tərcih etdilər. Həmçinin, Yenidən Rifah Partiyası da "Cumhur İttifaqı"nın səsini böldü. AKP-nin məğlubiyyətinin göstəricilərindən biri bu idi. PKK-nın siyasi qanadı DEM-in CHP-yə dəstəyi də öz sözünü dedi. Bursa kimi mühafizəkar şəhərlərin itirilməsi AKP üçün ciddi siqnal olmalıdır. Ümumiyyətlə, seçkinin nəticələri hakimiyyət üçün ciddi siqnaldır. İrəlidə 4 il var və sosial durum düzələrsə, AKP qarşıdakı seçkilərdə də qalib gələcək. Ərdoğanla, ya onsuz olacağını isə zaman göstərəcək".Aydın Baxış

Seçilən
157
50
Mənbələr
Şərh ()
Bağla