AZ

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur

Bakıda

Bakı, 2 aprel, AZƏRTAC

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AZƏRTAC-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.

“Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, - deyə baş mühəndis vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
49
azertag.az

10Mənbələr