AZ

Göyçayda naməlum uçan obyekt görünüb? -

Göyçay şəhərində səmada naməlum işıqlı cisim görünüb.Bu barədə görüntülər Metbuat.az-ın qaynar xəttinə göndərilib. Sakinlərin iddiasına görə, naməlum cisim aprelin 1-də axşam saat 20:00 radələrində lentə alınıb. Sakinlər həmin cismin naməlum uçan obyekt olduğunu hesab edirlər. Sakinlər bildirir ki, naməlum obyekt bir neçə dəqiqə havada dövrə edib. Ardınca işıq saçan cisim qəfildən sürət yığaraq səssiz formada yoxa çıxıb.

Seçilən
113
2
Mənbələr
Şərh ()
Bağla