AZ

Bakıda mənzil almaq istəyən 38 nəfərə dələduzluq edildi — İş məhkəmədə

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərini sataraq dələduzluq və hakerlikdə təqsirli bilinən Mahir Rəsulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın xəbərinə görə, cinayət işi işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. 
Məhkəmənin hazırlıq iclası aprelin 9-na təyin edilib. 

Qeyd edək ki, mənzil almaq istəyən bir qrup vətəndaş özünü informasiya texnologiyaları mütəxəssisi kimi təqdim etdiyi iddia olunan Mahir Rəsulov tərəfindən aldadılıb. 

Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edən həmin şəxslər Mahir Rəsulovun müxtəlif vədlər verərək 30-a yaxın vətəndaşın pullarını ələ keçirdiyini iddia ediblər. Mahir Rəsulov tərəfindən idarə olunan və qabaqcadan əlbir olan mütəşəkkil cinayətkar qruplaşma vətəndaşlara, o cümlədən şəhid ailəsinə və hərbçilərə güzəştli şərtlərlə mənzil ala biləcəyini vəd edib.

 Özünü İT şirkətinin rəhbəri kimi təqdim edən Mahir Rəsulov vətəndaşları əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb.
Cinayət işi üzrə 38 nəfər zərərəçəkmiş qismində tanınıb. 

Qeyd edək ki, Mahir Mehman oğlu Rəsulov özünü İT şirkətinin rəhbəri kimi təqdim edib, vətəndaşları MİDA-nın tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb. Onun dostu Rəfael adlı şəxs də özünü vəzifəli şəxsin qohumu kimi təqdim edib, 38 nəfərin 300 min manata qədər pulunu mənimsəyiblər.

Mahir Rəsulova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanıb.

Fariz Məlikli
Demokrat.az
Seçilən
205
50
Mənbələr
Şərh ()
Bağla