AZ

“Mançeter Siti” Premyer Liqanın ilk beşliyinə qarşı gücsüzdür

Xosep Qvardiolanın çalışdırdığı “Mançester Siti” Premyer Liqanın ilk beşliyində yer almış komandaların heç birinə qalib gələ bilməyib.

Arena.az məlumat verir ki, sonuncu, 30-cu turun mərkəzi görüşü çərçivəsində “Arsenal”ı qəbul etmiş “şəhərlilər” “quru oyun”la (0:0) kifayətlənməli olublar.

Buna qədər Mançester təmsilçisi “Liverpul”la 2 dəfə heç-heçə edib (hər iki dəfə 1:1), “Arsenal”a səfərdə uduzub (0:1) və evdə, artıq məlum olduğu kimi, heç-heçə edib (0:0). Həmçinin “şəhərlilər” “Tottenhem” və “Aston Villa”nın öhdəsindən gələ bilməyiblər. Xosep Qvardiolanın yetirmələri “mahmızlar”la 3:3 hesablı heç-heçə oynayıblar. “Aston Villa”ya isə məğlub olublar. “Siti”nin ikinci dövrədə bu komandalarla qarşılaşıb münasibətlərinə adınlıq gətirmək imkanı olacaq.

Xatırladaq ki, 30-cu turun mərkəzi, “Mançester Siti” – “Arsenal” oyununda “quru” oyun (0:0) mənzərəsənidə “Baryton”u 2:1 hesabı ilə məğlub etmiş “Liverpul” Premyer Liqanın liderliyini yenidən ələ keçirib. “Qırmızılar”ın 67 xalı var. 2-ci pillədə 65 xalla “topçular” qararlaşıblar. İlk üçlüyü isə 64 xalla “şəhərlilər” qapayırlar. 4-cü yerdə 59 xalla “Aston Villa”, 5-ci yerdə isə 56 xalla “Tottenhem” qərarlaşıb.

Sonda Mançester nəhənginin Premyer Liqanın 2022/2023 mövsümünün qalibi olduğunu da xatırladaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
27
arena.az

10Mənbələr