AZ

Bank Respublika 2023-cü ildə fermerlərə ən çox kredit ayıran bank oldu (FOTO)

Bakı. Trend:

Ötən həftə, Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarKredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatının (FAO) birgə təşkilatçılığı ilə “IIIAqrobiznesin İnkişafı Forumu” keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyatNazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin,Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbərşəxsləri, nazirliklərin tabeli qurumlarının, Mərkəzi Bankın, ölkədəfəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalqtəşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatının maliyyələşdirilməsində uğurhekayələrindən bəhs olunub, uğurla maliyyələşdirmə əldə etmiş vəəməliyyatlarını genişləndirmiş yerli təsərrüfatların və yaaqrobizneslər barədə video təqdimatlar keçirilib. Daha sonra kəndtəsərrüfatında dövlət dəstəyinin təmin edilməsində, kiçik və ortafermerlərin istehsal vasitələri ilə təmin olunmasında, fermerlərindövlət vəsaiti hesabına kreditləşməsində, aqrar maliyyələşməsahəsində yeni innovativ məhsulların təqdim edilməsində iştirakedən müvəkkil kredit təşkilatlarına mükafatlar təqdim olunub.

Ölkəmizdə sahibkarlığın və xüsusilə də kənd təsərrüfatınıninkişafına və maliyyələşməsinə böyük dəstək verən BankRespublika “2023-cü ildə say və məbləğcə fermerlərə ən çox kreditayıran bank” nominasiyasında mükafat qazanıb.

Qeyd edək ki, Bank Respublika ötən il Aqrar Kredit və İnkişafAgentliyi, Sahibkarlığın İnkişafı Fondu və İpoteka və KreditZəmanət fondu ilə aktiv əməkdaşlıq edərək fermerlərə ən böyükhəcmdə güzəştli kredit təqdim etmişdir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,linkedin,telegramsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bank
Bank
Bank
Seçilən
123
13
Mənbələr
Şərh ()
Bağla