AZ

“Sən nə qədər savadsız adamsan?” - Cavanşir əsəbləşdi

"Bir balaca düşünün, sonra nəsə edin". 

Qlobal.net bakıvaxtı.az-a istinadən xəbər verir bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Elgizlə izlə" verilişində deyib. 

Əməkdar artist onu digər həmkarları və mərhum sənətçilərlə müqayisə edənlərə səslənib: 

"Mən "Şuşanın dağları"nı oxumuşam. Mənimlə ansambıl arasında müəyyən qədər məsafə var. Burada səsin çatma məsafəsi var. Bu, mənim tonalizim (Tonal - bir tondan başqa tona keçmə - red.) deyildi. Onların öz çaldıqları tonalizlə oxumuşam. Götürüb mənim oxumağımla Xan Əminin oxumağını müqayisə edirlər. Bunu edənə demək istəyirəm, sən nə qədər savadsız adamsan? Ölkədə ikinci Xan Əmi var? Sən kimi kimə tay edirsən? Bu qədər oxuyan gəlib getdi, bir dənə Xan Əmi oldu? Sən məni öz tay-tuşumla müqayisə elə". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
5
qlobal.net

6Mənbələr