AZ

Putin FƏRMAN İMZALADI: 150 min əsgər... - Yeni hücum GÖZLƏNİLİR? 

Rusiya Prezidenti Vladimir Putinin son qərarı səs-küyə səbəb olub.

 

Sfera.az bildirir ki, ölkə başçısı ötən gün Rusiya vətəndaşlarının yazda hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb. Yanvarın 1-də qüvvəyə minən yeni qaydalara görə, 18 yaşdan 30 yaşa qədər olan vətəndaşlar (2023-cü ilin sonunadək 27 yaşı tamam olmuş, 28 və ya 29 yaşı tamam olan və ehtiyatda olanlar istisna olmaqla) hərbi xidmətə çağırılacaqlar. Çağırış aprelin 1-dən başlayacaq və iyulun 15-dək davam edəcək.

 

Putinin fərmanını yaxından araşdıran hərbi ekspertlər bunun gizli səfərbərlik olduğu qənaətindədirlər. Moskvanın ABŞ və Qərbin Ukraynaya kifayət qədər silah yardımı edə bilməməsindən istifadə etmək istədiyi də düşünülür. Həmin fərmanda o da qeyd olunur ki, qulluğa qəbul olunacaq 18-30 yaş arası kişilər bir il müddətində hərbi xidmət keçəcəklər.

 

Putinin cəbhədəki əsgərlərin sayını artırmaq qərarı isə Rusiya qüvvələrinin yeni hücuma başlamaq planları ilə əlaqələndirilir.

 

Ukrayna hərbi kəşfiyyat mənbələrinin məlumatına görə, Rusiya ordusu yazda iki yeni korpus yaradacaq və şərqdəki Xarkov şəhərinə yürüş edəcək. Xarkovdan başqa, cənubda Odessaya doğru yeni rus hücumu da gözlənilir.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
12
sfera.az

10Mənbələr