AZ

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var 

Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü A.Məmmədov və 1995-ci il təvəllüdlü V.Vəlixanova xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Qeyd edək ki, nəqliyyat vasitələrindən biri taksi olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
256
11
Mənbələr
Şərh ()
Bağla