AZ

Türkiyədə bələdiyyə seçkiləri BAŞA ÇATDI

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkilərində səsvermə başa çatıb.

 

Modern.az xəbər verir ki, seçki prosesi yerli vaxtla saat 08:00-da (Ölkənin şərq bölgəsində yerləşən 32 vilayətdə 07:00-dan etibarən) başlayıb.

 

Seçkilər çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.

 

Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərq bölgələrində - 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.

 

Bundan əlavə, media tərəfindən seçkilərin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 - 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.

 

Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.

 

***

08:13

 

Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb.

 

Modern.az xəbər verir ki, seçkilərdə 34 siyasi partiya iştirak edir.

 

Bu gün 61 milyon 441 min 882 seçici səsvermə hüququna malikdir. Ölkənin şərqində yaşayan vətəndaşlar yerli vaxtla saat 16:00-a qədər səs verə biləcəklər. Digər vilayətlərdə səsvermə yerli saatla 08.00-17.00 arasında olacaq.

 

Seçkidə 1 milyon 32 min 610 gənc ilk dəfə səs verəcək. 34 siyasi partiyanın namizədinin mübarizə aparacağı seçkilərdə ölkə üzrə 206 min 845 seçki qutusu qurulub, minə yaxın daşınan seçki qutusu fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
26
modern.az

10Mənbələr