AZ

Türkiyədə 51 terrorçu saxlanıldı

Türkiyənin 21 vilayətində terror təşkilatı İŞİD-ə qarşı həyata keçirilən “BOZDOĞAN-18” əməliyyatı çərçivəsində 51 şübhəli saxlanılıb.

“Ölkə.az” “TRT haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, əməliyyat çərçivəsində çoxlu sayda təşkilati sənəd və rəqəmsal material ələ keçirilib:

“Terrorçuların heç birinə göz yummayacağıq. Millətimizin duaları və dəstəyi, millətimizin üstün səyləri ilə mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
50
Mənbələr
Şərh ()
Bağla