AZ

"Qarabağ"ın avrokubokların püşkatmasında yer alacağı səbət bilindi

"Qarabağ"ın Çempionlar Liqasının püşkatmasında yer alacağı səbət dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk iki təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər sırasında olacaq.

Buna Ağdam klubunun UEFA əmsalının yüksək olması imkan verir. Təmsilçimizin göstəricisi 33,000-a bərabərdir.

Çempionlar yolunun I və II təsnifat mərhələlərində oynamaq şansı olan komandalardan yalnız altısı "Qarabağ"dan daha artıq əmsala malikdir. Bu da təmsilçimizə hər iki raundda güclülər səbətində yer almaq imkanı verir.

Qurbanovun komandasının III təsnifat mərhələsində səpələnən 6 klub sırasında yer almaq üçün potensial "altılıq"dan heç olmasa biri ya çempion olmamalı, ya da ilk iki mərhələdə büdrəməlidir. Azərbaycan çempionunun pley-offdakı səbəti isə bütün liqalarda qaliblərin bəlli olması və əvvəlki mərhələlərin nəticələrindən asılıdır.

Yeri gəlmişkən, ilk iki təsnifat mərhələsinin püşkatma mərasimləri iyunun 18-19-da keçiriləcək.

"Qarabağ" Azərbaycan Premyer Liqasının XXVIII turunun bu gün keçiriləcək "Kəpəz"lə oyununda uduzmasa, ən erkən çempion kimi tarixə düşməklə 11-ci dəfə qızıl medallara yiyələnəcək.

Seçilən
28
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4004
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3693
Bu yol qovşağında təmir işləri aparılacaq
3226
Bakıda hoteldə yanğın başlayıb
2757
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1863
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1709
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1563
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1517
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1503
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1299
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1283
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1213
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1203
Azərbaycan nefti ucuzlaşıb
1082
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1006
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1002
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
971
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
958
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
906
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
871