AZ

Azərbaycanlı müdafiəçi Polşada bu mənzərəyə məyus oldu - VİDEO

Polşa çempionatında 26-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" səfərdə lider "Yaqelloniya"nın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 29 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

26 turdan sonra 17 xal toplayan "LKS Lodz" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
242
1
sportinfo.az

3Mənbələr