AZ

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 106 il ötür

Bakı. Trend:

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrləyanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr dəyazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprelaylarında yaşanıb. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimiyazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnızmilli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.

Yüz dörd il əvvəl erməni daşnakları və bolşeviklər Bakıda,Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda,Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmazvəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədənqadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirib,kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar.Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272,Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksanediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdəazərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsindəindiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarındayaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfərivəhşicəsinə öldürülüb, yaxud öz dədə–baba torpaqlarından qovulub.Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid vədigər abidələr dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladəİstintaq Komissiyası yaradıldı. Komissiya ilkin mərhələdəŞamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərintörətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə buhəqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusiqurum təsis edildi. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyətitərəfindən ümummilli matəm günü elan olundu. Bununla daazərbaycanlılara qarşı yürüdülən soyqırımı və torpaqlarımızın birəsrdən artıq davam edən işğalı proseslərinə tarixdə ilk dəfə siyasiqiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu busahədə başlanmış işi yarımçıq qoydu.

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, ermənivəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlarməlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlargenişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarınıtəsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə,bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətitərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılaryaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakinekspertlərin digər arxiv sənədləri əsasında apardıqlarıhesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlıqətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndindəermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağıöldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindənhəmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının ermənitəcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işinidayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkünolmayıb.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərinsayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindənetibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar.Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplananxatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları -S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryanqardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min,onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxıqəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çoxolub.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayıərzində Quba qəzasında isə 16 mindən çox insan xüsusi qəddarlıqlaqətlə yetirilmiş, 167 kənd dağıdılmışdı. Erməni-daşnak dəstələrininQuba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinədair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də 2007-ciildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir.Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubadatürk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlartörətmişlər. Aparılan tədqiqatlar nəticəsində 1918-1919-cu illərdəQubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudinin qətləyetirildiyi məlum olub.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müasirdövrümüzdə də davam etdirilib. 1992-ci il fevralın 25-dən 26-nakeçən gecə Azərbaycanın Xocalı şəhərində daha bir dəhşətlisoyqırımı törədilib. Gecə vaxtı şəhərə xain hücum nəticəsində613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqlaöldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfərgirov götürülüb.

Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçünAzərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədəməqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycandasiyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin 1998-ciil martın 26-da imzaladığı Fərmanla 31 mart - AzərbaycanlılarınSoyqırımı Günü elan edilib.

Bununla yanaşı, Heydər Əliyevin "1948-1953-cü illərdəazərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etniktorpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindənazərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bucinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalqictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bufərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi vəyaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi vəterrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədəhəqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasıməqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə -soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədləxüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütüncinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gündavam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdurermənilərin "böyük Ermənistan" xülyası çərçivəsində törətdiklərivəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanındaaldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizinərazi bütövlüyü bərpa edildi.

Məqalədə:
Seçilən
128
2
Mənbələr
Şərh ()
Bağla