AZ

Texnoloji yenilik: Yuyula bilən smartfon istehsal edildi

Tarix: 30 Mart 2024 18:32

Yaponiyanın "Sharp" şirkəti qeyri-adi "Basio Active 2" smartfonunu təqdim edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, şirkətin saytında verilən məlumata görə, yeni məhsul hərbi sertifikatlara uyğun buraxılıb.
"Sharp Basio Active 2" 5,7 dyümlük ölçülü HD+ ekranla təchiz edilib.
Digər xüsusiyyətlər arasında smartfon yuyula bilir, onun su və tozdan qorunma özəlliyi var.
Smartfon xüsusi olaraq təqaüdçülər üçün yaradılıb. Cihaz naməlum nömrələrdən zəng edən zaman söhbətləri qeyd etmək və nömrələri qara siyahıya əlavə etmək üçün uyğunlaşdırılıb. Bundan əlavə, bəzi proqramlardakı kiçik mətni daha asan oxumaq üçün kontrastı artırmaq mümkündür.



Qeyd edək ki, "Sharp Basio Active 2" yalnız Yaponiya bazarında 41,8 min yen (təxminən 25,5 min rubl) qiymətinə satılır.
Milli.Az

Seçilən
76
4
Mənbələr
Şərh ()
Bağla