AZ

Bu müharibədə öyrəndiyimiz... - Zelenskidən kritik sözlər

ABŞ-nin dəstəyi dayanarsa, Ukrayna ordusu addım-addım geri çəkilməli olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Ukrayna Silahlı Qüvvələri geri çəkilməmək üçün hansısa yol tapmağa çalışır. Rusiya Avdeevkanı ələ keçirdikdən sonra, hərbçilərimizin ağıllı addımları sayəsində vəziyyəti sabitləşdirdik. Cəbhə sabit qalarsa, Ukrayna bu ilin sonunda yeni əks-hücum üçün arxa cəbhədə briqadaları silahlandıra və təlim keçə biləcək. Əgər biz yeni əks-hücum hazırlamaq üçün irəli addım atmasaq, bunu Rusiya edəcək. Bu müharibədə öyrəndiyimiz budur", -Zelenski vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
148
22
Mənbələr
Şərh ()
Bağla