AZ

“Delimitasiya və demarkasiya məsələləri hələ də müzakirə olunur” -  Paşinyanın müavini

"Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı məsələlər hələ də müzakirə mərhələsindədir".

525.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.

Bildirilib ki, iki ölkənin komissiyalarının iclaslarının yekunları üzrə rəsmi press-relizlər dərc olunur, onlardan kənar isə tərəflər ikitərəfli qaydada təsdiq edilmiş iş proseduruna uyğun olaraq şərh vermirlər.

“Komissiyaların növbəti iclasının vaxtı hələ müəyyən edilməyib”, - Mher Qriqoryanın ofisindən bildirilib (APA).























Bizi Facebookda izləyin

Seçilən
110
4
Mənbələr
Şərh ()
Bağla