AZ

İranda siyasi məhbusların qətllərinin iştirakçı olan hüquqşünasın oğlu İsveçdə həbs edildi - FOTO

İsveçdə həbsdə olan İranın keçmiş prokuror müavinin köməkçisi Həmid Nurinin oğlu Məcid Nuri saxlanılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, qardaşı atasını görmək üçün İsveçə gedərkən orada tutulub.

Məcid Nurinin hansı səbəbdən həbs edilməsi hələlik bəlli deyil.

Xatırladaq ki, İranın Qohərdəşt həbsxanasında prokuror vəzifəsində çalışan Həmid Nuri 1988-ci ildə iranlı siyasi məhbusların öldürülməsində iştirakına görə 2019-cu ildə İsveç polisi tərəfindən Arland aeroportunda həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib.

 

Seçilən
43
2
Mənbələr
Şərh ()
Bağla