AZ

Köhnə binalardakı mənzillərə tələbat niyə azalıb?

“Bina mənzillərinə hər zaman tələbat olsa da, mart ayında qiymətlərində elə də ciddi dəyişiklik baş verməyib. Bu da bazarda təklifin ciddi şəkildə azalması ilə bağlıdır”.  

Bu sözləri Bizim.Media-ya açıqlayan daşınmaz əmlak sektoru üzrə ekspert Ramil Qasımzadə bəzi köhnə bina evlərinə də tələbatın azaldığını bildirib: 

“Bunlar da əsasən keçmiş Sovetlər dövründə tikilmiş Kiyev və Leninqrad layihəli binalardır. Onlarda qiymətlər bir qədər ucuz olsa da, normal mənzil tapmaq çətindir. Yeni tikili binalarda isə qiymətlər yüksək olmasına baxmayaraq, ipoteka predmetinə çevrilib və buna görə də bu evlərə üz tutanların sayında artım baş verib”. 

Onun sözlərinə görə, köhnə mənzillərdə güzəştli kreditlərlə qiymət 100 min manata, adi ipotekada isə 150 min manata qədər dəyişir:

“Yeni mənzilin isə 1 kv.m-nin orta dəyəri 2000 – 2500 manat arasında dəyişir. Əgər bir vətəndaş 100 kv.m-lik mənzil alırsa, bu ona 200-250 min manata başa gələcək”. 

Müsahibimiz vurğulayıb ki, bununla belə bəzi metrostansiyalara yaxın ərazilərdə yerləşən köhnə binalarda qiymətlər xeyli yüksəkdir:

“Məsələn, Nərimanov metrostansiyası yaxınlığında köhnə mənzillərin 1 kv.m-nin qiyməti yeni mənzildən yüksəkdir. Belə ki, 1 otaqlı “Xruşovka” layihəli mənzil 100-110 min manata təklif  olunur. 1 Kv.m-lə götürdükdə qiymət 3000-3300 manat aralığında dəyişir. Həmin ərazidəki yeni mənzillərdə isə 1 kv.m-in qiyməti 2000-2500 manat arasındadır. Ancaq onların sahəsi daha böyükdür və 100 kv.m-ə qədər olur. 100-110 min manatlıq mənzillər satışda bir qədər çox qalsa da, tələblə əlaqədar alınır, yəni 3-6 aylıq dövrdən sonra realizasiya olunur”.

Seçilən
52
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4038
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3706
Bu yol qovşağında təmir işləri aparılacaq
3233
Bakıda hoteldə yanğın başlayıb
2762
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1867
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1714
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1563
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1519
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1504
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1301
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1297
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1219
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1205
Azərbaycan nefti ucuzlaşıb
1097
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1018
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1003
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
982
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
963
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
907
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
871