AZ

İsrail Hələb hava limanına hücum edib

İsrail Suriyanın şimal-qərbindəki Hələb vilayətində hava limanına və müdafiə zavodlarına hava zərbəsi endirib.

BiG.AZ xəbər verir ki, hücum zamanı çoxlu insan həyatını itirib.

İsrail döyüş təyyarələri Sefire rayonunda beynəlxalq hava limanı və müdafiə fabriklərini hədəfə alıb.

Bəşər Əsəd rejimi ordusunun hava hücumundan müdafiə sistemləri düşmənin raket zərbələrinə cavab verib.

Suriya rejiminin hücumla bağlı verdiyi açıqlamada çoxlu sayda insanın həyatını itirdiyi bildirilib.

Suriya rejiminə yaxın sosial media hesabları İsrail döyüş təyyarələrinin martın 17-də Kalamon bölgəsində bir çox nöqtəni hədəf aldığını iddia edib.

2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri İsrail Hələb və Dəməşq hava limanlarına, İranın dəstəklədiyi qruplara və Suriya ordusunun Suriyadakı hərbi məntəqələrinə vaxtaşırı hücumlar təşkil edir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
13
big.az

10Mənbələr