AZ

Bojoviç: "Rəqiblərimizin səhv etməsini gözləməli deyilik"

Azərbaycan Premyer Liqasının XXVIII turunun "Qəbələ" - "Neftçi" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb...

- Oyunun çətin olacağını bilirdik. Rəqib yaxşı komandadır və Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Eyni zamanda baş məşqçiləri təcrübəlidirlər. Açığı, birinci hissə maraqlı keçmədi. Kilan Lebon fərdi keyfiyyətləri sayəsində qol vurdu. İkinci hissədə isə açıq oyun getdi və komandalar səhvlər edirdi. Biz də, rəqib də fərqlənə bilərdi. Qələbə qazandıq, bir az da bəxtimiz gətirdi.

- Qəbələdəki infrastrukturu necə dəyərləndirirsiniz?
- Azərbaycanda ən yaxşı meydança buradadır. Məşq üçün də keyfiyyətli meydançaları var.

- Emin Mahmudovun bu gün ehtiyatda qalması nə ilə bağlı idi?
- Bir az ağrı hiss edirdi. Emini növbəti oyuna saxlamaq istədik.

- Gəlişinizdən sonra oyun keyfiyyətində inkişaf var?
- Çempionatda bütün komandalar demək olar ki, eyni səviyyədədir. Digər komandalarla müqayisədə son vaxtlarda bizim keyfiyyətimiz bir az artıb. İndi daha çox qol epizodu yaradırıq və qollar vururuq.

- Müdafiə planında inkişaf var?
- Son iki oyunda qol buraxmamışıq. Komanda 11 oyunçu ilə müdafiə olunur. Bəli, bu gün ikinci hissədə çoxlu səhvlər etdik.

- Sabah "Sabah" - "Zirə" matçı var. Bu oyuna təxmininiz nədir?
- Nəsə əldə etmək istəyiriksə, yalnız öz nəticələrimizə baxmalıyıq. Rəqiblərimizin səhv etməsini gözləməli deyilik.
Seçilən
112
5
Mənbələr
Şərh ()
Bağla