AZ

Satışda saxta düyülər var? - RƏSMİ AÇIQLAMA

“Azərbaycanda düyü əvəzinə kauçuk satılır, alovda əriyir və yapışır”.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə bu cür iddialar yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmisi Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial mediada satışda guya saxta (süni) düyülərin olması barədə yayılan iddialar əsassızdır:

“Son monitorinqlərin və aparılan laboratoriya müayinələrinin nəticəsi göstərir ki, dövriyyədə olan düyü məhsulları təbii mənşəlidir. Bununla belə, istehlakçıların qida məhsullarının keyfiyyəti və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə AQTA-nın “1003 - Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər”.

Açıqlamada qeyd olunub ki, monitorinqlər çərçivəsində ticarət şəbəkələrində düyü məhsullarından nümunələr götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim olunub.

Seçilən
47
7
Mənbələr
Şərh ()
Bağla