AZ

Jurnalistin məhkəməsi başlayır

İşə Ağır Cinayətlər Məhkəməsində baxılacaq

"Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun məhkəməsi başlayır.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Jurnalistin mühakiməsi Azad Məcidovun sədrliyilə, Səbinə Məmmədzadə və Əli Məmmədovdan ibarət hakimlər kollegiyasına həvalə olunub. 

Məhkəmənin ilkin hazırlıq iclası aprelin 5-də keçiriləcək.

4 aya yaxındır həbsdə olan Teymur Kərimov əvvəl Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə ittiham olunurdu.

Martda istintaqın sonunda ona eyni maddənin daha bir bəndi ilə əlavə ittiham verilib.

O, həm də Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunur.

O, İstək Totiyeva adlı şəxslə əlbirlikdə təqsirləndirilir.

İstək Totiyeva da təqsirləndirilən şəxsdir və Teymur Kərimovla birlikdə mühakimə olunacaq. Lakin o, həbs olunmayıb, onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Jurnalistin işi üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.

İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva video-materialın internet kanalından silinməsi üçün 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb.

Teymur Kərimov özünü təqsirli bilmir. O bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır.

Teymur Kərimov jurnalist fəaliyyətinə – qanunsuzluqları çəkib göstərdiyinə görə cəzalandırıldığını deyir.

Jurnalist heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini bildirib.

Teymur Kərimovun yaxınlarına bildirdiyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ("Bandotdel”) əvvəl onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul eləmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.

  1. Teymur Kərimova ittiham verilən maddələrdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.(Meydan TV)
Seçilən
82
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3641
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3500
Bu yol qovşağında təmir işləri aparılacaq
2991
Bakıda hoteldə yanğın başlayıb
2568
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1669
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1559
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1481
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1375
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1222
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1200
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1192
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1047
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1017
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
916
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
900
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
881
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
843
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
814
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
802
Sabah 5 kəndin qazı kəsiləcək
755