AZ

Rusiya XİN-dən 102-ci hərbi baza ilə bağlı ŞƏRH

“Rusiya Federasiyasının 102-ci hərbi bazasının Ermənistanda olması respublikanın suverenliyinin yeganə real təminatıdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi tərəfindən hazırlanan “Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabata bu cümlə ilə şərh verib.

“Təhlükəsizliklə bağlı təkliflər sağlam düşüncəyə tamamilə ziddir. 102-ci baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların geri çəkilməsinin Ermənistanın hərbi potensialını gücləndirəcəyi fikri təhlükəli demaqogiyadır. Bu gün bizi mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir”, - Rusiya XİN qeyd edib.

Musavat.com

Seçilən
65
8
Mənbələr
Şərh ()
Bağla