AZ

Hikmət Hacıyev: "Cənubi Qafqazda sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var"

Image

Cənubi Qafqazda sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.

O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldığını xatırladıb.

"Biz ikili standartlarla üzləşirik. Biz xarici siyasətdə hərbi təcavüz və işğala haqq qazandırılması, eləcə də separatçılığın təşviq olunması ilə üzləşirik. Bu istənilən digər ölkə üçün olduğu kimi, Azərbaycan üçün də qəbuledilməzdir. Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik. Yəqin ki, bu çox çətindir, lakin bəzən yerlərdə sülh və təhlükəsizliyi təmin etmək üçün zəruri olur. Hazırda Ermənistan və Azərbaycan sülhə həmişə olduğundan daha yaxındır. Son altı ay Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixindəki ən dinc müddət olub. Biz ATƏT-in Minsk qrupunun sədrliyinin də şahidi olmuşuq. Son 30 il ərzində o danışıqlar aparırdı, lakin xüsusi nəticələr əldə etmədi. İşğal davam edirdi və biz sülhdən uzaq idik. İndi isə sülh yaxındadır. De-fakto sülh hökmranlıq sürür", - H.Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın yanaşması Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdən ibarətdir.

"Biz hərbi işğalın obyekti olmağımıza baxmayaraq, sülh sazişinin mətnini hazırlamışıq, həmçinin sülh sazişinin 5 təməl prinsipini Ermənistan Respublikasına təqdim etmişik. Sülh sazişi ilə bağlı yaxşı irəliləyirik, lakin Azərbaycanın yanaşması bundan ibarətdir ki, sülh Bakı ilə İrəvan arasında olmalıdır, çünki bu region bizə məxsusdur. Sülh nə Vaşinqtonda, nə Brüsseldə, nə də Parisdə deyil. Sülh burada - Cənubi Qafqaz regionunda, iki ölkə arasındadır. Biz irəlilədiyimizi görürük, lakin regional əməkdaşlığa və sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasi tədbirlər var", - deyə H.Hacıyev əlavə edib.





Seçilən
63
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26310
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17557
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16920
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16678
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13965
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11427
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11344
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10726
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10065
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9459
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7263
Səidə Sultan klipi üçün lüt soyundu
7136
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6142
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5941
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5676
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5189
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5144
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4550
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4293