AZ

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuşcədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq.Aviaşirkət yay qrafiki üzrə səyahət üçün geniş istiqamət seçimitəklif edərək, dünyanın 50-dən çox şəhərinə uçuşlar həyatakeçirəcək.

Aprel-oktyabr aylarında AZAL ilə dünyanın müxtəlif yerlərinə, ocümlədən Dubay, Tbilisi, Aktau, Almatı, Astana, Batumi, Dammam,Ciddə, İslamabad, Kəraçi, Lahor, Mədinə, Mumbay, Nyu-Dehli, Pekin,Daşkənd, Təl-Əviv, Ürgənç və Ər-Riyad kimi Asiya şəhərlərinəsəyahət etmək mümkündür.

Aviaşirkətin yay cədvəlində Türkiyənin bir sıra istiqamətləritəqdim olunub:

  • İstanbul: gündə 4 reys;
  • Ankara: gündə 1 reys;
  • Antalya: aprel-may aylarında uçuşlar həftədə 3, yay aylarındaisə hər gün həyata keçiriləcək;
  • Bodrum: iyun ayının sonundan sentyabr ayının ilk həftəsinəqədər reyslər hər gün yerinə yetiriləcək;
  • Dalaman: həftədə 4 reys;
  • İzmir: apreldən iyunun ortalarına qədər reyslər həftədə 3 dəfə,iyunun sonundan sentyabrın ilk həftəsinə qədər hər gün həyatakeçiriləcək;
  • Trabzon: aprel-may aylarında həftədə 3 reys, yay aylarında isədaha bir tezlik əlavə olunacaq.

Bundan əlavə, AZAL Avropaya səyahət etmək istəyənlərə müxtəlifseçim imkanları təqdim edir. Aviaşirkətin reysləri ilə Barselona,Berlin, Vyana, Kişineu, Tivat, London, Milan, Paris və ya Praqayasəfər edərək bu şəhərlərin gözəlliyindən zövq almaq olar.

Rusiyanın bir sıra şəhərlərinə, o cümlədən Moskva, Həştərxan,Volqoqrad, Yekaterinburq, Kazan, Mahaçqala, Mineralnıye Vodı,Novosibirsk, Samara, Sankt-Peterburq, Soçi və Ufaya reyslərmövcuddur.

Yay cədvəli çərçivəsində aviaşirkət Naxçıvan, Dubay, Aktau,Tel-Əviv, Ankara, Moskva, Tbilisi, yay aylarında isə İzmir, Bodrum,Antalya şəhərlərinə gündəlik uçuşlar yerinə yetirəcək.

Ən uyğun uçuş vaxtını seçmək və aviabiletləri daha sərfəliqiymətlərlə əldə etmək üçün AZAL sərnişinlərə səyahətləriəvvəlcədən planlaşdırmağı tövsiyə edir.

Seçilən
1
27
Mənbələr
Şərh ()
Bağla