AZ

Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı (FOTO)

Bakı. Trend:

Martın 29-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni AzərbaycanPartiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirkeçirilib.

Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrundacanlarından keçən Vətən övladlarının, həmçinin soyqırımıqurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərəkbildirib ki, tarix faktlara əsaslanır. Azərbaycanın realhəqiqətləri, tarixi faktları özündə əks etdirən təbliğatının uğurlunəticələri göz önündədir. İnformasiya mübarizəsi bütün dövrlər üçünöz aktuallığını qoruyur. İllər keçdikcə tarixi araşdırmalarınmiqyasının genişləndirilməsi, yeni faktların üzə çıxması erməniyalanlarının ifşasında öz sözünü deyir. Ermənilər tarixin müxtəlifdövrlərində havadarlarının dəstəyinə arxalanaraq azərbaycanlılaravə türklərə qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyatakeçiriblər. Lakin erməni diasporu və lobbisinin fitnəkarlığısayəsində özlərini beynəlxalq aləmə “yazıq, məzlum” millət kimitəqdim edərək belə əsassız, qeyri-ciddi təbliğatlarının uzunömürlüolacağını düşünüblər. Hər bir addımında tarixi ədalətə, beynəlxalqhüquqa söykənən Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevinxalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrahəqiqətlərimizin təbliği istiqamətində atdığı addımlar tarixihəqiqətlərimizin bütün dünyaya çatdırılmasına yönəldilmişdi.Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 MartınAzərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması dahəqiqətlərimizin təbliğində, dünyaya ədalət, beynəlxalq hüquqməfhumlarının xatırladılmasında mühüm addım oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın informasiyacəbhəsində üstünlüyü uğurlarımızda özünün aydın ifadəsini tapır.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarix var, sənədlər var,xəritələr var. Ermənilərin və onlara havadarlıq edən dövlətlərinölkəmizə qarşı apardıqları əsassız təbliğatların qarşısındaAzərbaycanın tarixi faktları dayanır. Tarixi Zəfərimiz, ötən ilinsentyabr ayında həyata keçirilən lokal antiterror tədbirlərinəticəsində suverenliyimizin tam bərpa olunması ədalətintəntənəsidir. Artıq tarixin arxivinə atılmış keçmiş Qarabağmünaqişəsi ermənilərin 1988-ci ildə əsassız torpaq iddialarınəticəsində yaranmışdı. Münaqişə nəticəsində bir milyondan artıqsoydaşımız qaçqın və məcburi köçkün düşdü, 20 faiz torpaqlarımız 30il işğal altında qaldı. Erməni vəhşiliyinin ən bariz göstəricisiolan Xocalı soyqırımı yaşandı. 32 ildən sonra soydaşlarımızın bufaciəni öz torpaqlarında anmaları tarixi ədalətin, beynəlxalqhüququn Azərbaycanın yanında olmasının nümayişidir. Dövlət başçısıİlham Əliyevin “Faciələrimizi unutmamalıyıq” çağırışı hər birimizinqarşısında bu vəzifəni qoyur ki, təbliğat işinə öz töhfəmizi verək,tariximizin hər bir səhifəsini öyrənək, indiki və gələcək nəsillərəçatdıraq.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusivurğulayıb ki, bu gün şəhidlərimizin, soyqırımı qurbanlarının ruhuşaddır. Şuşada, Xankəndidə, Xocalıda, Kəlbəcərdə, Laçında, Ağdamda,işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağıdalğalanır.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müaviniEtibar Əhmədov ermənilərin “böyük Ermənistan” xülyalarından,azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımıaktlarından bəhs edib. Bildirib ki, 1918-ci il martın 30-da Bakıdabaşlanan kütləvi qırğınlar Bakı şəhəri ilə məhdudlaşmadı, Şamaxıda,Qubada, Lənkəranda, Muğan bölgəsi və Qarabağda minlərlə kəndyandırıldı, on minlərlə insan vəhşicəsinə qətlə yetirildi. Tarixinsəhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinintükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatlarındəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, arxivsənədləri, soyqırımları təsdiqləyən çoxsaylı sübutlaraşkarlanır.

Etibar Əhmədov diqqəti həqiqətlərimizin təbliği istiqamətindəatılan addımlara yönəldərək vurğulayıb ki, Ümummilli Lider HeydərƏliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 martAzərbaycanlıların Soyqırımı Günü elan edildi. Azərbaycanlılaraqarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünyaictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlhamƏliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə «Azərbaycan XalqCümhuriyyəti ili» elan edildi, həmçinin həmin ildə “1918-ci ilazərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamimzalandı. Heydər Əliyev Fondunun tariximizin, həqiqətlərimizintəbliği istiqamətində həyata keçirdiyi layihələrtəqdirəlayiqdir.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycanşöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildiribki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin mart ayının 26-daimzaladığı Fərmana əsasən, 31 mart tarixi AzərbaycanlılarınSoyqırımı Günü kimi qeyd olunur. Bu, gələcək nəsillərin həmintarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çoxmühüm bir sənəddir. Ulu Öndərin imzaladığı Fərmanla məhz 31 marttarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsininhəm hüquqi, həm də tarixi əsasları var. Məhz bu iki məqam həminFərmanın imzalanmasına zəmin yaratdı. Azərbaycan dövlətimüstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə,keçmişini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqqqazandı. Ümumiyyətlə, “soyqırımı” beynəlxalq hüquqi terminininmahiyyəti 1948-ci ildə ilk dəfə BMT-nin İnsan Hüquqları Komitəsininqəbul etdiyi 264 saylı Konvensiyaya uyğun olaraq müəyyən edilib vəbu anlayış bir dövlət, bir siyasi qurum, hərbi təşkilatın birmilləti, xalqı, etnik qrupu qəsdən, bilərəkdən irqi, dini, millimənsubiyyətinə görə məhvə məhkum etməsini ifadə edir. Məhz buməqamları nəzərə alsaq, söyləyə bilərik ki, azərbaycanlıların etniktəmizləməyə, deportasiyaya və soyqırımına məruz qalmasının 200illik tarixi var. Erməni kilsəsinin fitvası, erməni terrortəşkilatlarının - Daşnaksütyun, ASALA və digər qruplaşmalarıniştirakı ilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya vəsoyqırımı həyata keçirilib. Çar Rusiyası, Sovet hökuməti, İngiltərəhökuməti isə onların ilhamvericiləri olub. Bütün bunların hamısıarxiv sənədləri ilə təsdiq olunub.

Tarixçi alim Bəxtiyar Həsənov çıxışında bildirib ki, tarixiZəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpaolunması faciələrimizi, zaman-zaman ermənilərin həyata keçirdiklərisoyqırımı və deportasiyaları unutdurmur, ona yeni məzmun gətirir.Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz heç vaxtişğalı, erməni vəhşiliyini unutmamalıyıq. Eyni zamanda, onu daunutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir.Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Bizreal həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistantərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalısoyqırımını, işğalı heç vaxt unutmamalıyıq.

Bəşər
Bəşər
Bəşər
Bəşər
Bəşər
Bəşər
Bəşər
Bəşər
Bəşər
Seçilən
60
10
Mənbələr
Şərh ()
Bağla