AZ

Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.Lakin onun fikrincə, bu vəziyyətə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməli, ərazi bütövlüyünü və suverenliyini bərpa etməli oldu: “Azərbaycan həqiqətən də bunu etməyə məcbur idi, çünki biz ikili standartlarla, xarici hərbi təcavüz və hərbi işğal siyasətinə bəraət qazandırmaqla yanaşı, separatizmin təşviqi ilə də üzləşmişdik. Yenə də hər bir ölkə kimi bu, Azərbaycan üçün də qəbuledilməz idi”.“Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub", - Prezidentin köməkçisi vurğulayıb.“Biz (Azərbaycan və Ermənistan) sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur. Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir”, - o bildirib.H.Hacıyevin fikrincə, Bakı və İrəvan qarşıdurma səhifəsini çevirib irəli getməli, həmçinin sülh sazişinə görə məsuliyyəti gücləndirməlidir: “Ola bilsin ki, bu, uzun proses olacaq”.O, həmçinin qeyd edib ki, Azərbaycanın hədəfi Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdir: “Biz hərbi işğalın hədəfi olmasına baxmayaraq, sülh sazişinin mətnini hazırladıq, sülh sazişinin 5 fundamental prinsipini də formalaşdırdıq. Görürük ki, biz irəliləyirik, amma təəssüf ki, regional əməkdaşlığa, sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var”.

Seçilən
125
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3772
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3552
Bu yol qovşağında təmir işləri aparılacaq
3034
Bakıda hoteldə yanğın başlayıb
2591
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1749
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1628
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1520
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1424
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1246
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1239
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1216
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1113
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1050
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
932
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
927
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
903
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
885
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
847
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
818
Sabah 5 kəndin qazı kəsiləcək
767