AZ

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. Tədbirlər zamanı nazirliyin qurumları tərəfindən qeyd edilən ərazilərdə yaşayan əhalinin müxtəlif istiqamətlərdə tibbi müayinələri aparılır, həkim məsləhətləri verilir və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir bu gün Laçın şəhərində baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədən pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların kompleks tibbi müayinələrini aparıblar.Müayinələr zamanı səhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar üçün yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və müvafiq müalicələr təyin edilib.Tədbir zamanı yüzə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçirilib.Müayinələrdən sonra valideynlər üçün maarifləndirici tədbir təşkil edilib. Tədbirdə institutun həkimləri mövsümi xəstəliklər və respirator virus infeksiyaları, həmçinin uşaqlarda qəbizliyin yaranması mövzularında təqdimatlarla çıxış ediblər. Qripin simptomları, profilaktikası, hansı xəstəliklərin qripə bənzər əlamətlərə səbəb olduğu, uşaqlarda respirator virus xəstəliyi və müalicəsi, eyni zamanda körpələrdə qəbizliyin səbəbləri barədə ətraflı məlumat verilib.Bundan əlavə, yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının Milli peyvənd təqviminə uyğun olaraq, körpələrin vaxtında vaksinasiyadan keçməsinin vacibliyi vurğulanıb. Bundan əlavə, valideynlərə övladlarının hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçməyi, hər gün fiziki aktiv olmağı və sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib.Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

Seçilən
180
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25906
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16793
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16430
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13923
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
13041
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11336
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10841
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10569
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9989
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9302
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7114
Səidə Sultan klipi üçün lüt soyundu
7048
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6122
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5899
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5535
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5133
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4819
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4517
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4162