AZ

Emil Rəhimov: “Əsas hədəfimiz müraciətlərin daha operativ icrasıdır”

2023-cü il ərzində vergi ödəyicilərindən daxil olmuş şikayətlərin 57 faizi müsbət həll olunub.

“vergiler.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəis müavini Emil Rəhimov “Vergi və Mühasibatlıq Zirvəsi - 2024” platformasında məlumat verib. Onun sözlərinə görə, ötən il ərzində ümumilikdə 15.000 şikayət icraata qəbul edilib. Eyni və təkrar şikayətlər nəzərə alınmaqla təxminən 10.880 müraciət icraatda olub: “Bunların 95 faizi kameral vergi yoxlamalarından daxil olmuş müraciətlərdir. Risk qrupları üzrə bölsək, şikayətlərin 14 faizi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarından hesablamalara aiddir. ƏDV bəyannamələrində minimum dövriyyələrlə bağlı hesablamalardan daxil olan şikayətlər isə 12 faiz təşkil edib. Riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlar üzrə əvəzləşmələrin silinməsi və xərclərin nəzərə alınmaması ilə bağlı daxil olmuş müraciətlər 2 faiz təşkil edib”.

Daxil olan müraciətlərin icrasına gəlincə, E.Rəhimov qeyd edib ki, 2023-cü il ərzində müraciətlərin 31 faizinin baxılmamış saxlanılması ilə bağlı inzibati qərar qəbul olunub: “Həmin şikayətlər üzrə vergi ödəyiciləri ilə aparılmış izahat işləri, qanunvericiliyin izahı nəticəsində onlar müraciətlərini geri götürməli olub və bunlarla bağlı inzibati şikayətin baxılmamış saxlanılması qərarı çıxarılıb. İcraçı şəxslər tərəfindən görülmüş izahat-məlumatlandırma işləri ilə bəyannamələrin düzgün tərtib edilməsi, eyni zamanda vergi ödəyicilərinin müraciətlərindən sonra təqdim edilən izahat və əsaslandırmalar, o cümlədən təsdiqedici sənədlər və dəqiqləşmiş bəyannamələr nəticəsində vergi orqanları tərəfindən hesablanmış məbləğlər azaldılaraq şikayətlərin 57 faizi müsbət həll olunub”.

E.Rəhimov vergi ödəyicilərindən daxil olan şikayətlərə baxılması müddətlərinə də aydınlıq gətirib. Bildirib ki, 2023-cü il ərzində icra olunmuş 15.000 şikayətdən 56 faizinə 30 gün ərzində baxılıb. Şikayətlərin 24 faizi 30-60 gün, 20 faizi isə 60-90 gün müddətində icra olunub: “Ümumilikdə baş idarənin qarşısına qoyulmuş əsas hədəflərdən biri müraciətlərin daha operativ icrasıdır. Bununla bağlı bu tendensiyanı 2024-cü ilin ilk 2 ayında davam etdirmişik və daxil olmuş müraciətlərin gün intervalında icrasında artıma nail olmuşuq. Başqa sözlə, 60-90 gün ərzində icra olunan şikayətlərin həcmi 11 faizə enib”.

Fərqanə Allahverdiqızı

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15626
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15391
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15230
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13018
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11592
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9296
"Zaur, yenə çaşdın..." - VİDEO
7758
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5909
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5634
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4828
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4716
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4328
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4129
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3960
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3188
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3170
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2919
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2913
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2754