AZ

Rusiyalı polkovnik “Crocus”da arvadını və oğlunu xilas edəndə həlak olub

Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktında həlak olanlardan biri də Tolyattidən gələn polkovnikdir. Timur Myasnikov arvadını və oğlunu xilas etsə də, özü həlak olub.

Məlumata görə, Ukraynada döyüşlərdə iştirak edən yüksəkrütbəli zabit Moskvada məzuniyyətdə olub. O bu fürsətdən istifadə edərək həyat yoldaşı və oğlu ilə birlikdə konsertə getməyə qərar verib.

Terror zamanı o, ailə üzvlərini təhlükəsiz yerə itələməyə nail olub, ancaq özü güllə yağışına tutulub.

Həkimlər bir neçə gün onun həyatı üçün mübarizə aparsalar da, zabiti xilas etmək mümkün olmayıb.

Myasnikov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının xüsusi təyinatlı briqadasında xidmət edib.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 143 nəfər həlak olub. Terrorçular həbs olunublar.

Bundan əvvəl Moskva İctimai Monitorinq Komitəsi məhkəmə tərəfindən təqsirli bilindikdən sonra terrorçuları nə dərəcədə ağır həbs şəraiti gözlədiyini açıqlamışdı.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3804
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3563
Bu yol qovşağında təmir işləri aparılacaq
3043
Bakıda hoteldə yanğın başlayıb
2674
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1768
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1645
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1534
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1440
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1304
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1240
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1224
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1124
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1080
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
938
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
936
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
904
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
897
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
852
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
825
Sabah 5 kəndin qazı kəsiləcək
771