AZ

Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”

Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar Ankarada ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinin sədri Mayk Rogersin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib. 
Ednews  NTV-yə istinadən xəbər verir ki, bunu H.Akar jurnalistlərə açıqlamasında deyib. 
O bildirib ki, ABŞ konqresmenlərini Türkiyənin normallaşma prosesindəki rolu və Ankaranın bu istiqamətdə atdığı addımlar barədə məlumatlandırıb: 
“Bildirdik ki, Ermənistan uzadılan sülh əlini tutmalıdır. Müzakirəmiz konstruktiv mühitdə keçdi. Qarşı tərəf də öz mövqeyini bildirdi. Müzakirələrin davamlı olması barədə razılığa gəldik”.

Seçilən
55
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq