AZ

Britaniya ordusunda 100 illik QADAĞA ləğv edilir

Britaniya ordusunun üzvlərinə 100 illik qadağa aradan qaldırılır. Belə ki, Britaniya Hərbi Hava Qüvvələri və Kral Hərbi Dəniz Qüvvələrində xidmət edən hərbçilərə saqqal saxlamağa icazə verilib.

Musavat.com xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, cümə axşamı quru qoşunlarının həm zabitlərinə, həm də əsgərlərinə saqqal saxlamağa icazə verən sərəncam Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı kral III Çarlz tərəfindən imzalanıb.

Sərəncamda qeyd olunur ki, saqqal “səliqəli” olmalı, hərbi qulluqçuların səliqəli görünüşü prinsiplərinə və standartlarına uyğun olmalıdır.

Pasxa bayramında əsgərlərə vəzifədən kənarda saqqallarını uzatmaq üçün məzuniyyət verilməsi məqsədilə sərəncam cümə günü qüvvəyə minəcək.

Qadağanın aradan qaldırılması orduya yeni çağırışçıların qəbulu ilə bağlı böhranın müzakirəsilə bağlıdır. Müdafiə naziri Qrant Şapps müzakirə zamanı saqqal saxlamağa qadağanın gülünc olduğunu bildirib.

Musavat.com

Seçilən
103
10
Mənbələr
Şərh ()
Bağla