AZ

Məşhur aparıcılar yenidən efirdə -

Xəbər verdiyimiz kimi, aprelin 2-dən Azərbaycanda ilk sosial televiziya nümunəsi olaraq DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq.Metbuat.az Bakupost-a istinadən xəbər verir ki, artıq televiziyanın aparıcı heyəti də bəlli olub. Belə ki, uzun illər müxtəlif televiziya kanallarında çalışmış bu məşhur simalar müxtəlif sosial layihələrlə DOST TV-nin efirində izləyiciləri ilə görüşəcəklər:Şahin Əliyev – “Lider” və “ARB” kanallarında;Rəşad Mehdili – AZTV-də;Murad Haşımov – “AZTV”, “ARB” telekanallarında, “Araz FM” radiosunda;Sərvər Abdullayev – “ARB”, “Xəzər” və “İTV” telekanallarında;Rüstəm İbadov – Xəzər TV-də;Fidan Cəfərova – “Xəzər”, “Lider”, “ANS” və “ATV” telekanallarında, “106” və “106.3” FM radiolarında;Gülnar Əzizova – “CBC” telekanalında və AVTO FM-də;Fərqanə Səfər – Space TV-də;Əsmər Nəcməddinqızı – “ATV” və “ARB” 24 kanallarında çalışıblar.

Qeyd edək ki, adıçəkilən şəxslər, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən ayrı-ayrı qurumların ictimaiyyətlə əlaqələr sahəsində çalışırlar.

Seçilən
99
8
Mənbələr
Şərh ()
Bağla