AZ

Roma Papası məhbus qadınların ayaqlarını yuyub, öpdü – FOTO/VİDEO  

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində ənənəvi ayaqyuma ayinini icra edib. 

Bizim.Media “Vatican News”a istinadən xəbər verir ki, dini mərasim Romanın Rebibbiya həbsxanasının qadınlar bölməsində baş tutub. 

Papa müxtəlif ölkələrdən olan 12 qadın məhbusun ayaqlarını yuyub və öpüb. 

Qeyd edək ki, xristian inancına görə çarmıxa çəkilməmişdən bir gün öncə 12 həvarisinin ayaqlarını yuyan İsa peyğəmbər sevgi və təvazökarlığa önəm verib. Katolik kilsəsi də bunu rituala çevirib. 
 









Bizim.Media

Seçilən
156
25
Mənbələr
Şərh ()
Bağla