AZ

"Pensiya yaşının yüksəldilməsi müzakirə edilir, çünki uzun ömür artır" - Komitə sədri

“Burada pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə gedir, lakin dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa (Urud) Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, əksinə pensiya yaşının yüksəldilməsi müzakirə edilir:

“Çünki uzun ömür artır. Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min, 2040-ci ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrü uzanır”.

Komitə sədri hesab edir ki, Azərbaycanda muzdlu qaydada çalışan insanların sayı artırılmalıdır.

“5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur”, - deyə M.Quliyev qeyd edib.

Humay İSGƏNDƏRLİ

Seçilən
72
9
Mənbələr
Şərh ()
Bağla