AZ

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Mərkəzi Asiya ölkələri üzərindən İrana, İrandan da Ermənistana, habelə separatçılara 500 ton silah yardımının göndərilməsi, İsgəndər raketlərinin Ermənistana verilməsi kimi məsələlər hamısı Rusiya ilə bağlıdır.30 ildə Rusiya Azərbaycana da, Ermənistana da silah satdığını desə də, Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi. Simonyanın bu açıqlaması Ermənistanın Qərbə intqrasiya etməsi üçündür:

"Alen Simonyanın bu açıqlaması yeni bir şey deyil. Bunu Paşinyan və Ermənistan hakimiyyətinin digər nümayəndələri də dəfələrlə qeyd edib ki, Rusiya onları tək buraxıb, Rusiya onlara yardım etməyib. Amma bu, çox ciddi səhvdir. Çünki Rusiya Birinci Qarabağ müharibəsindən bəri son ana qədər yardım edib. Söhbət 44 günlük Qarabağ müharibəsi və müharibədən sonrakı əməliyyatlardan gedirsə, Rusiya aktiv şəkildə Ermənistana yardım edib. Məsələn, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Mərkəzi Asiya ölkələri üzərindən İrana, İrandan da Ermənistana, habelə separatçılara 500 ton silah yardımının göndərilməsi, İsgəndər raketlərinin Ermənistana verilməsi kimi məsələlər hamısı Rusiya ilə bağlıdır. Əgər bu yardım deyilsə, burada Simonyan və Ermənistan hakmiyyəti nümayəndələri fərqli məsələlərə fokuslanıblar. Rusiya kifayət qədər yardım edib. Bundan əlavə T tanklarını və Su 35 -lərin ən yeni modellərini Ermənistana təmənnasız şəkildə verib. Müqayisə üçün deyim ki, 30 ildə Rusiya Azərbaycana da, Ermənistana da silah satdığını desə də, Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi. Bu da bir fərqdir. 30 il müddətində Azərbaycanın əməliyyatları daha erkən başlamamasının səbəbi də Rusiyanın Ermənistanın yanında dayanması məsələsi idi. Bütün bunlar göstərir ki, Rusiya kifayət qədər dəstək göstərib. Hazırki situasiya ondan ibarətdir ki, Paşinyan müharibə sonrası Qərbə inteqrasiya yolunu tutub. Onu hakimiyyətə gətirənlərin ondan istədiyi də bu idi. Ermənistan Rusiyanın təsirindən çıxsın və Avropa ittifaqına, Qərbə inteqrasiya etsin. Hazırda bu proses gedir. Paşinyan və onun komandası, Alen Simonyanın özünün də bu istiqamətdə verdiyi açıqlamaların məntiqi yekunu bununla bağlıdır".


BiG.Az
Seçilən
89
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14678
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14444
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14374
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12212
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10487
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8666
"Zaur, yenə çaşdın..." - VİDEO
7582
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5686
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4333
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4133
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4065
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3943
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3838
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3612
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3064
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3057
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2825
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2797
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2672