AZ

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı -

Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı.Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti verən iş adamı zərərçəkmiş şəxslərə dəyən zərəri müəyyən qədər ödədiyi üçün azadlığa buraxılıb. Qeyd edək ki, Məhərrəm Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. Xatırladaq ki, 2022-ci ilin may ayında Məhərrəm Əhədovun oğlu, 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilirdi.

Seçilən
217
4
Mənbələr
Şərh ()
Bağla