AZ

Erməni qadın Fələstinin xarici işlər naziri təyin edilib

Erməni Varsen Aqabekyan Fələstinin xarici işlər və mühacir işləri üzrə dövlət naziri təyin edilib

APA WAFA-ya istinadən xəbər verir ki, Prezident Mahmud Abbas yeni hökumətin tərkibini açıqlayıb.

Kabinetdə digərləri ilə yanaşı, erməni nazir də təmsil olunub. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Aqabekyandır, o, Fələstinin xarici işlər və mühacir işləri üzrə dövlət naziri təyin edilib.

Qeyd edək ki, yeni hökumətin martın 31-də prezident qarşısında and içməsi planlaşdırılır.

Lamiyə Şirinova

Seçilən
54
4
Mənbələr
Şərh ()
Bağla