AZ

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Ermənistan RTR-Planeta telekanalında “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının yayımını qadağan edib.Yerli KİV xəbər verir ki, Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan bu barədə özünün sosial media hesabında yazıb. “Qərar Ermənistan və Rusiya arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin 5-ci və 6-cı maddələrinin mütəmadi pozulması səbəbindən qəbul edilib”, - deyə məlumatda bildirilir.Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da respublikada yayımlanan Rusiya telekanallarını iki ölkə arasında “kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında” sazişin 5 və 6-cı maddələrini pozmaqda ittiham edib və bu məsələ ətrafında Moskva ilə məsləhətləşmələr aparıldığını bildirib.Qeyd edək ki, 2023-cü ilin payızında Ermənistanın hakimiyyət orqanları rəsmi şəxslərə qarşı təhqiramiz ifadələrə yol verdiyinə görə Rusiyanın Birinci Kanalında yayımlanan televiziya proqramlarından birinə qarşı iddia qaldırmışdı. Hadisə ilə bağlı Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Seçilən
166
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4203
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3756
Bu yol qovşağında təmir işləri aparılacaq
3292
Bakıda hoteldə yanğın başlayıb
2831
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1937
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1777
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1592
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1580
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1550
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1385
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1352
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1267
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1251
Azərbaycan nefti ucuzlaşıb
1189
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1040
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1031
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1015
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1009
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
968
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
914