AZ

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”

Deputatdan
“Yaxşı olar ki, ölkəmizdə təcili tibbi yardım helikopterləri alınsın”. 1news.az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında bildirib.
“Vətən müharibəsi dövründə yaralıları Badmadardakı helikopter meydançasına daşıyırdılar, oradan isə təcili tibbi yardım maşını ilə xəstəxanalara gedirdilər. Bizdə xəstəxanalarda helikopterlər meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm. Bizdə belə hadisə olsa, necə olar?! Bakıda sıxlıq çoxdur. Yaralıları təcili tibbi yardım maşını ilə daşımaq olacaqmı?" Deputat deyib ki, Bakı Neft Emalı zavodu şəhərdən çıxarılmalıdır.

“Həmin zavodda hansısa texnogen qəza olsa, paytaxt bundan çox ciddi təsirlənəcək”.

Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla