AZ

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Bakı, 29 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasında “Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi” mövzusunda elmi seminar keçirilib. Seminar görkəmli türkoloq alim, BDU-nun Türkologiya kafedrasının professoru Ramiz Əskərin 70 illiyinə həsr edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov tanınmış ziyalının həyatı və fəaliyyəti haqqında geniş məlumat verib, alimin türkoloji dilçilik sahəsindəki araşdırmalarının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Ramiz Əskərin ədəbi-publisistik və tərcümə yaradıcılığı Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib, o, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Ramiz Əskər, həmçinin müxtəlif türk dövlətlərinin yüksək mükafatlarına layiq görülüb.

Türkologiya kafedrasının professoru Elbrus Əzizov türkoloq alimin yaradıcılığında ümumtürk abidələrinin, xüsusilə Mahmud Kaşğarinin “Divanü-lüğat-it türk” və Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərlərinin tədqiqi və tərcüməsindən, türkologiyaya dair müxtəlif ədəbi və elmi mənbələrin dilimizə çevrilərək azərbaycanlı oxuculara təqdim olunmasında müstəsna xidmətlərindən söz açıb. Qeyd edib ki, alimin illər öncə nəşrə hazırladığı Mahmud Kaşğarinin IV cildlik “Divanü-lüğat-it türk” əsəri bu gün ölkəmizdə bütün türkoloqların stolüstü kitabıdır.

Sonra Türkoloji araşdırmalar elmi tədqiqat laboratoriyasının elmi işçiləri – Pərvin Eyvazov “Ramiz Əskər Bəkir Çobanzadə irsinin tədqiqatçısı kimi” və Ramil Bayramov “Ramiz Əskərin tərcümə yaradıcılığı” mövzusunda məruzə ilə çıxış ediblər.

Elmi seminarda Türkologiya kafedrasının dosentləri – Afaq Məmmədova, Firəngiz Kərimli, Gülgün Əliyeva, Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və Tələbə Elmi Cəmiyyətinin üzvləri türkoloq alimin zəngin yaradıcılığından, eləcə də müəllim kimi keyfiyyətlərindən, türk dövlətləri ilə elmi-mədəni əlaqələrin inkişafındakı xidmətlərindən danışıblar.

Sonda Ramiz Əskər onun fəaliyyətinə verilən yüksək dəyərə görə təşəkkür edib, ona göstərilən etimadı bundan sonra da doğruldacağını bildirib.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26262
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17452
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16900
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16362
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13960
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11420
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11302
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10715
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10018
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9430
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7254
Səidə Sultan klipi üçün lüt soyundu
7128
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6136
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5941
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5672
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5185
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5099
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4550
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4287