AZ

“Qırmızı başınağacı” filmi 50 yaşını qeyd edir

Sovet dövründə lentə alınmış “Qırmızı başınağacı" filminin bu il 50 yaşı tamam olur.

Kulis.az xəbər verir ki, filmin premyerası 1974-cü ilin yazında Bakıda Ümumittifaq kinofestivalında keçirilib.

Filmin ssenari müəllifi və rejissoru görkəmli yazıçı, aktyor, kinorejissor və ssenarist Vasili Şukşindir. O, həm də baş rolu ifa edib. V.Şukşinin yaratdığı obraz – keçmiş məhkum Yeqor Prokudin həbsdən çıxdıqdan sonra, cəzasını çəkdiyi müddətdə yazışdığı qadının yaşadığı kəndə gedir.

Ekran əsəri Vasili Şukşinin sonuncu rejissorluq işidir.

Seçilən
71
1
Mənbələr
Şərh ()
Bağla