AZ

Bayden zarafat edib ki, 40 yaşındakı kimi görünür

ABŞ prezidenti Co Bayden yaşlılığının onu daha müdrik etdiyini deyib və zarafat edib ki, 40 yaşındakı kimi görünür. Bizimyol.info xəbər verir ki, onun çıxışından Ağ Evin mətbuat xidməti sitat gətirib. “Düşünürəm ki, əgər siz diqqət yetirirsinizsə, bir müddət müşahidə edirsinizsə, keçmişinizdən asılı olmayaraq, yaşla gələn bir şey müdriklikdir. Üstəlik, bilirəm ki, mən qırxdan çox da yaşlı görünmürəm”, - deyə Bayden Nyu-Yorkda keçirilən kampaniyada ianə toplama mərasimində deyib və ölkənin yüksək vəzifəsi üçün çox yaşlı olduğunu düşünən skeptiklərə necə cavab verəcəyini açıqlayıb. Yaşla bağlı sualı cavablandıran ABŞ prezidenti gələcək seçkilərdə əsas rəqibi respublikaçı Donald Trampı yenidən tənqid etmək fürsətini əldən verməyib və onun fikirlərini köhnəlmiş adlandırıb: “Mən bilmirəm, doğurdanmı prezident olmaq üçün çox qocalmışam, amma ümid edirəm ki, onların tənqidçilərinin fikirləri çox da köhnəlməyib. Bilirsiniz, o vaxt mənim rəqibim olan və bu dəfə də rəqibim olan bu oğlanın ideyaları 18-19-cu əsrdən gəlir. O, konstitusiyanın fəaliyyətini dayandırmaq istədiyini deyəndə, ümumiyyətlə, bütün dediklərinin müasir dövrün çox gerisində qaldığı görünür”, - deyə Bayden qeyd edib. Demokratlar Partiyasını təmsil edən 81 yaşlı Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyir. O, ABŞ tarixinin ən yaşlı prezidentidir. Yaşı ilə əlaqədar onun yenidən seçilib-seçilməməsi ilə bağlı mübahisələr həm respublikaçılar, həm də demokratlar arasında intensivləşir. Bəzi partiya üzvləri açıq şəkildə Baydeni seçki kampaniyasında iştirakdan imtina etməyə çağırırlar. Qadir, Bizimyol.info

Seçilən
227
21
Mənbələr
Şərh ()
Bağla