- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı. Trend:
Şirvanda əcnəbi vətəndaşa narkokuryerlik etməkdə şübhəli bilinənSabirabad rayon sakini Amid Xələfov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə saxlanılan şəxsin üzərindən çəkisi 4 kiloqramdan artıqheroin və marixuana aşkar edilib.
Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanışolduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifiilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyənedilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxsbarəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.