AZ

"Titanik" filmindəki qapı satıldı - FOTO

Tarix: 29 Mart 2024 07:50

"Titanik" filminin sonuncu səhnələrində yer alan qapı ABŞ-də hərraca çıxarılıb.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, uzunluğu təxminən 2,44 metr, eni isə təxminən 1,04 metr olan qapı hərracda 718 min dollara satılıb.
Lotun başlanğıc qiyməti isə 40 min dollar qədərində dəyərləndirilmişdi.
Qeyd edək ki, filmin sonunda Rouz (Keyt Uinslet) sözügedən sınmış qapı ilə xilas olur. Cek (Leonardo DiKaprio) isə sevgilisi üçün özünü qurban verir və soyuq suda donur.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
17
Mənbələr
Şərh ()
Bağla