AZ

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hazırda Ermənistanın qatı tərəfdarına çevrilib, İrəvana səfəri zamanı Azərbaycan əleyhinə açıqlamalar verib, məqalələr yazıb, ölkəmizi “etnik təmizləmə”də ittiham edib. O, bu “mövqeyini” indi də davam etdirir. Halbuki Rasmussen NATO baş katibi olduğu müddətdə Azərbaycanın ünvanına təriflər yağdırır, bizə minnətdarlığını bildirirdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq xatırladıb ki, Rasmussen 2012-ci ilin sentyabrında Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşdən sonra ölkəmizi NATO-nun mühüm tərəfdaşı adlandırmışdı:

“Münasibətlərin sabit və müsbət olaraq inkişaf etdiyini bildirən Rasmussen Azərbaycan hərbçilərinin Əfqanıstandakı xidmətini yüksək qiymətləndirmişdi. “Biz hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə NATO-ya verdiyiniz siyasi dəstəyi də yüksək qiymətləndiririk” deyən Rasmussen Azərbaycanın bu prosesdə iştirakını Əfqanıstanda və regiondakı sabitlik üçün həyati əhəmiyyət daşıdığını vurğulamışdı. Rasmussen o zaman bu dəstəyə görə Ermənistana deyil, məhz Azərbaycana minnətdarlığını bildirirdi.

Bundan iki il sonra İlham Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında Rasmussenlə görüşdü. Rasmussen Azərbaycanla əməkdaşlıqdan yenə ağız dolusu danışdı. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən keçmiş baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu dedi, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.

NATO-nun hazırki baş katibi Yens Stoltenberq də rəhbəri olduğu təşkilatın Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib, Bakıda müsbət fikirlər söyləyib. İnanmaq istərdik ki, o da vəzifəsindən ayrılan kimi Rasmussen kimi erməni lobbisinin təsiri altına düşməyəcək. Rasmussen isə keçmişdə rəhbəri olduğu quruma hörmətsizlik nümayiş etdirir. NATO rəsmiləri və NATO Parlament Assambleyası bütün açıqlama və yazılı bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə ediblər. İndi isə belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və Qarabağ üzərindəki suverenliyini bərpa etməsi NATO-nun keçmiş baş katibinin xoşuna gəlməyib. Bunun özü ikili standartlardır.

NATO-nun hazırki baş katibi Yens Stoltenberqin mövcud vəziyyətlə bağlı Azərbaycana heç bir iradı yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü Rasmussenin NATO-ya baş katibliyi dövründə təmin etsəydi, onun da ölkəmizə qarşı iradı olmayacaqdı”.

Seçilən
131
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14584
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14279
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14159
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12118
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10292
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8542
"Zaur, yenə çaşdın..." - VİDEO
7536
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5632
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4055
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4034
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3887
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3875
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3702
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3512
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3038
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3023
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2807
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2753
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2652