AZ

Fələstin prezidenti yeni hökumətin tərkibini təsdiqləyib

Fələstin prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılıq etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.

Bu barədə "WAFA" agentliyi məlumat yayıb.

Məlumata görə, Məhəmməd Mustafa rəhbərlik etdiyi nazirlər kabinetinin həyata keçirməyi planlaşdırdığı islahatlar proqramını Mahmud Abbasa təqdim edib.

Mahmud Abbas təqdim olunan sənədlərlə tanış olaraq yeni hökumətin təsdiqlənməsi barədə fərman imzalayıb.

Seçilən
85
20
Mənbələr
Şərh ()
Bağla